Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qala-konserti olub - FOTO Mədəniyyət

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qala-konserti olub - FOTO

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində start götürən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının mayın 10-da Cıdır düzündə qala-konserti olub.

Trend xəbər verir ki, qala-konsertdə festivalda iştirak edən ölkələrin incəsənət ustaları çıxış edib.

Konsert çərçivəsində “Xarıbülbül” kompozisiyası, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə və Türkmənistan incəsənət ustalarının təqdimatında “Söz meydanı” vokal-instrumental kompozisiya, “Türk dünyası virtuozları” ansamblının ifasında “Çahargah bəhsi”, “Əfsanə Turan”, “Xalq xəzinəsi” kompozisiyaları və iştirakçı ölkələrin ifaları, rəqs qruplarının digər rəngarəng çıxışları təqdim edilib.

Qala-konsert bütün iştirakçıların ifasında “Odlar yurdu Azərbaycan” kompozisiyası ilə başa çatıb.

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada

Şuşada