

27 Aprel 17:45
26 Aprel 18:40
"Ermənistanda 25 mindən çox tarixi abidə qeydə alınıb və siyahıya alınan bir neçə islam abidəsindən heç biri Azərbaycan irsi kimi göstərilməyib".
APA xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin "Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz" adlı kitabın II cildinin təqdimatı zamanı mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib
"Məhv edilən tarixi-mədəni irsimizə görə, Ermənistanı mühakimə etməyə hüququmuz var", - nazir müavini əlavə edib.
Səadət Yusifova qeyd edib ki, bu kimi dağıdıcılıq hallarına görə beynəlxalq səviyyədə tədqiqatlar aparılmalıdır.