Lütfiyar İmanovun xatirəsi anılıb Mədəniyyət

Lütfiyar İmanovun xatirəsi anılıb

Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı çərçivəsində görkəmli opera ifaçısı Lütfiyar İmanovun xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib.

APA xəbər verir ki, konsert Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində baş tutub.
Konsertdə Musiqi Kollecinin tələbələrinin ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.