"İpək Yolları Gənclərin Gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyat davam edir Mədəniyyət

"İpək Yolları Gənclərin Gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyat davam edir

Məşhur fotoqraf Reza Deqatinin təşəbbüsü və UNESCO-nun təşkilatçılığı ilə yaradılan “İpək Yolları Gənclərin Gözü ilə” (Youth Eyes on the Silk Roads) adlı fotomüsabiqə artıq 6-cı ildir ki, keçirilir. Bu il müsabiqəyə may ayında start verilib.

AZƏRTAC xəbər verir ki, iyulun 14-də başa çatacaq müsabiqədə fotoşəkillər “Həyatın vacib anları” və “İpək Yollarını aşkara çıxarın” mövzularını əks etdirməlidir.

Müsabiqəyə 14-17 və 18-25 yaş kateqoriyasında olan yeniyetmə və gənc fotoqraflar müraciət edə bilər.

Müsabiqə qaliblərinə qiymətli hədiyyələr təqdim olunacaq və müsabiqə ruhunu ən yaxşı şəkildə əks etdirən fotoşəkillərin səyyar sərgisi müxtəlif ölkələrdə nümayiş etdiriləcək, fotoşəkillər peşəkar fotoalbomda nəşr olunacaq.

Əlavə məlumat üçün https://unescosilkroadphotocontest.org/en/participate linkə keçid edə bilərsiniz.