Dövlət Akademik Filarmoniyası tamaşaçılara zəngin proqram hazırlayıb Mədəniyyət

Dövlət Akademik Filarmoniyası tamaşaçılara zəngin proqram hazırlayıb

Azərbaycan Dövlət Akademik Filarmoniyası iyul repertuarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, filarmoniya tamaşaçılar üçün zəngin proqram hazırlayıb.

1 iyul - “Yeni adlar” layihəsi çərçivəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti

2 iyul - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solistlərinin konserti

2 iyul - Kamera Musiqisi Axşamı (Azərbaycan Dövlət Akademik Filarmoniyası Kamera və Orqan musiqisi zalı)

3 iyul - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

7 iyul - Konsert mövsümünün bağlanışı (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

10 iyul - Qarabağ Dirçəliş Fondunun tədbiri. Qarabağ gecəsi Xeyriyyə konserti. (“Qaytağı” instrumental ansamblı)

12 iyul - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

15 iyul - Cadenza Contemporary orchestra (Azərbaycan Dövlət Akademik Filarmoniyası Kamera və Orqan musiqisi zalı)