İçərişəhərdə “Şirvanşahların səsi” konserti keçirildi Mədəniyyət

İçərişəhərdə “Şirvanşahların səsi” konserti keçirildi

İyulun 24-də “Şirvanşahlar səsi” layihəsi çərçivəsində Şirvanşahlar Sarayında növbəti konsert baş tutub.

Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xor əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə ecazkar ifalarında Azərbaycan və dünya bəstəkarların əsərlərini səsləndiriblər.

Silsilə tədbirlərdən ibarət “Şirvanşahların səsi” layihəsi Azərbaycan musiqisini qədim şəhərin yerli və xarici ziyarətçilərinə təbliğ etmək məqsədini daşıyır.

Qeyd edək ki, Şirvanşahlar Sarayında keçirilən Cahangir Cahangirov adına Xorun konserti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
birgə təşkilatçılığı ilə həyata keçirilib.