Mədəniyyət naziri Astarada vətəndaşları qəbul edəcək Mədəniyyət

Mədəniyyət naziri Astarada vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il avqustun 29-da saat 10:00-da Astara rayon Heydər Əliyev Mərkəzində (ünvan: Astara şəhəri, İstiqlaliyyət küçəsi 26 b) Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar 2024-cü il avqustun 24-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.