Maykl Ceksonun qardaşı vəfat edib Mədəniyyət

Maykl Ceksonun qardaşı vəfat edib

"Cekson 5" pop qrupunu yaradan qardaşlardan biri Tito Cekson 70 yaşında vəfat edib.

APA “Theguardian”a istinadən xəbər verir ki, bu barədə onun övladları sosial hesablarında paylaşım ediblər.

1953-cü ildə anadan olan Tito Cekson əvvəllər qrupda gitara ifa edib. Qardaşı Maykl Cekson da daxil olmaqla, bir müddət sonra solo karyeralarına başlayıblar. “Cekson 5”də Ceki, Tito, Cermeyn, Marlon və Maykl qardaşları var idi. Qrup 1970-ci illərdən bir neçə hitlə məşhurluq qazanmışdı.

Maykl Ceksonun qardaşı vəfat edib