

27 Aprel 17:45
26 Aprel 18:40
26 Aprel 16:43
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na uyğun olaraq Möminə Xatun türbəsinin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işləri aparılır.
APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı artıq “Atelier Erich Pummer GMBh” şirkəti ilə müqavilə bağlanılıb.
Şirkətin rəhbəri Erik Pumer və işçi qrupu Naxçıvana gəlib. Möminə Xatun türbəsinin mövcud vəziyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilib.