Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
Sentyabrın 25-də Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Astananın Sülh və Əmin-amanlıq Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçirilib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, mərasimdə rəsmi şəxslər, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Konsert proqramında ansambl tərəfindən "Mənim Azərbaycanım süitası", "Qazaxı", "Nağaraçılar", "Qaytağı", "Toy", "Ağ çiçəyim", "Çayçı" rəqsləri, "Sarı gəlin" kompozisiyası, "Vətən süitası" və digər nömrələr ifa edilib. Ansamblın rəngarəng çıxışlarını qazaxıstanlı tamaşaçılar gur alqışlarla mükafatlandırıb. Qeyd edək ki, Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb.