"Harri Potter" filmlərinin qəhrəmanı olan aktrisa vəfat edib Mədəniyyət

"Harri Potter" filmlərinin qəhrəmanı olan aktrisa vəfat edib

Məşhur britaniyalı aktrisa Meqqi Smit 89 yaşında vəfat edib

APA xəbər verir ki, bu barədə “BBC“ məlumat yayıb.
Onun xəstəxanada dünyasını dəyişdiyi vurğulanıb.

Qeyd edək ki, aktrisa bir sıra rolları ilə yanaşı "Harri Potter" haqqında silsilə filmlərində və "Dauntaun abbatlığı" serialındakı obrazlarına görə də tanınırdı. Meqi Smit karyerası ərzində iki Oskar qazanıb.