Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
“Mən bu, tamaşada mən ağır dərəcəli şizofrensiya xəstəsini canlandırıram. Şizofreniya xəstələrində bəzən travma aldıqca hər travmada xarakter bölünmələri olur, özünü müdafiə etmək üçün içində yeni bir insan yaranır”. Bunu xalqcebhesi.az açıqlamasında “6 №-li palata” tamaşasında Xəstə rolunu canlandıran aktyor Nicat Əli söyləyib. O qeyd edib ki, bu obraz Azərbaycan teatr səhnəsində ilk dəfədir canlandırılır: “Bu obraz Azərbaycan teatr səhnəsində düşünürəm ki, ilk dəfədir. Yəni ilk dəfə olaraq xarakterin bölünməsi canlandırılır. Mən də bunu - bir insanın içində bir neçə insanın yaşamasını səhnədə canlandırmağa çalışdım. Necə alındı bunu tamaşaçıdan və tamaşanın rejissorundan soruşmaq olar. Tamaşanın quruluşçu rejissorumuz Ər-Toğrul Kamal əsəri mənə verəndə oxudum, rolu çox bəyəndim və düşündüm ki, belə bir ağır, çətin rol mənim repertuarımda olmalıdır. Ona görə də böyük məmuniyyətlə o rolu öz üzərimə götürdüm. Ərtoğrul bəylə və rejissoru Zaur Əliyev ilə birlikdə incə-incə xalça toxuyurmuş kimi bu obrazın üzərində işlədik. Bəzi yerlərdə fikirlərimiz ortaq oldu, bəzi yerlərində mübahisələrimiz yarandı. Amma nəticədə dünənki tamaşa ortaya çıxdı. Bir daha tamaşada iştirak edənləri texniki heyətdən tutmuş aktyor dostlarım, həmçinin Ərtoğrul bəy və Zaur bəy olmaqla hər kəsi təbrik edirəm və belə bir uğurlu tamaşaya razılıq verib ərsəyə gəlməsinə dəstək olduğunu görə bədii rəhbər Əliqismət Lalayevə təşəkkür edirəm”.
Xarırladaq oktyabrın 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 115-ci mövsümün ilk premyerası nümayiş olunub. Bu, məşhur yazıçı Anton Pavloviç Çexovun “6 №-li palata” əsəri əsasında hazırlanmış (səhnələşdirən: Bəhram Osmanov) “Palata” tamaşasıdır.
Qeyd edək ki, bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan səhnə əsərində obrazları Ərtoğrul Kamal (Dilənçi), Zaur Əliyev (Yevgeni Xobotov), Nicat Əli (Xəstə), Türkel Tariqpeyma (Professor), Hüseyn Əlili (Andrey Yefimiç), Fərid Rzayev (Nikita), Cəbrayıl Cəbrayılov (Şizofren), xor artistləri Rəşad Rüstəmli, Orxan Mirzəyev, balet artisti Hüseyn Heydərli canlandırırlar. Həmçinin səhnə əsərinin quruluşçu rejissoru Ərtoğrul Kamal, rejissoru Zaur Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, rejissor assistenti Sevinc Məmmədovadır.