Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib Mədəniyyət

Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib

24-26 sentyabr tarixlərində Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Mədəniyyət proqramı çərçivəsində Astanada kitabların təqdimatları, etno-cazz konserti, iki ölkənin milli kitabxanaları arasında memorandumunun imzalanması, habelə “Azərbaycanın İncəsənət İnciləri” sərgisinin açılışı və Azərbaycanın Dövlət Rəqs Ansamblının konserti baş tutub.

Mədəniyyət Günlərinin kulminasiyası K. Kuanışbayev adına Dövlət Akademik Qazax Musiqili-Dramatik Teatrında baş tutan qala-konsert olub. Bu miqyaslı tədbirə təxminən min tamaşaçı, o cümlədən yaradıcı ziyalılar, altqurum təşkilatlarının nümayəndələri, paytaxt sakinləri və qonaqları qatılıb. Konserti həmçinin Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Naziri Aida Balayeva və Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli ziyarət ediblər.

Səhnədə Azərbaycanın Xalq Artistləri Samir Cəfərov, Əlixan Səmədov, Tünzalə Ağayeva, Azər Zeynalov, Gülyaz Məmmədova, Azərbaycanın Əməkdar Artistləri Rəşad İlyasov, Lalə Məmmədova və digər tanınmış ifaçılar çıxış ediblər. Qazaxıstan mədəniyyətini tədbirdə Qazaxıstanın Əməkdar artisti Əlişer Kərimov və beynəlxalq və respublika müsabiqələrinin laureatı Ayaulım Kajımuxanovna Jumkenova təmsil ediblər.

Tədbir bütün ifaçılar tərəfindən Qazaxıstanla Azərbaycan arasında mədəni birliyinin və dostluğunun rəmzinə çevrilən Müslim Maqomayevin əfsanəvi “Azərbaycan” mahnısının ifası ilə yekunlaşıb.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Bakıda iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində mühüm addıma çevrilən Qazaxıstanın Azərbaycandakı Mədəniyyət Günləri uğurla keçirilib.

Cavid