Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Oktyabrın 8-də X Bakı Beynəlxalq Kitab Sərgisində Xalq şairi Ramiz Rövşənin “Nəfəs” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat zamanı şair kitablarla ünsiyyətin daha səmimi olduğunu qeyd edərək deyib: “Kitab oxuyan insanın öz dünyası olur, o, başqalarının həyatına qarışmır. Mən lap uşaqlıqdan yeməyi belə kitab oxuya-oxuya yeyirdim. Mənim üçün ən kədərli hal odur ki, kitabxanama baxanda oradakı kitabların hamısını oxumağa ömrümün çatmayacağını anlayıram. Kitabların heç 40 faizini belə oxuya bilməmişəm, lakin onlar hər zaman mənə dayaq olub. Mən Fyodor Dostoyevskinin "Cinayət və Cəza" əsərini, o cümlədən Füzulini, Sabiri, Səməd Vurğunu, Məmməd Arazı, Bəxtiyar Vahabzadəni oxumasaydım, bugünkü Ramiz Rövşən ola bilməzdim. Odur ki, kitab sərgisi mənim düşüncəmə görə çox dəyərlidir”.
R.Rövşən gənclərə, məktəblilərə bədii ədəbiyyatı orta məktəbin son sinfinə qədər oxumağın daha məqsədəuyğun olduğunu tövsiyə edib.
“Biz öz yaddaşımızın məhsuluyuq. Hər kəsin yaddaşının ədəbiyyatla zənginləşməsini arzulayıram. Ümid edirəm ki, yaddaşınıza mənim də şeirlərim həkk olunub”, - deyə R.Rövşən qeyd edib.
Şair, həmçinin öz şeirlərindən bir neçəsini səsləndirib, oxucuların suallarını cavablandırıb və kitablarını onlar üçün imzalayıb.