Amerikalı aktyor: Putinin tərəfində döyüşməyə hazıram! Mədəniyyət

Amerikalı aktyor: Putinin tərəfində döyüşməyə hazıram!

Rusiya Xarici İşlər Nazirliyinin Moskva ilə Vaşinqton arasında humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsini tutan amerikalı aktyor və rejissor Stiven Siqal lazım gələrsə, Ukraynaya qarşı döyüşəcəyini açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, aktyor bu barədə sənədli filmdə açıqlayıb.

S.Siqal bildirib ki, Ukrayna müharibəsi başlayanın ertəsi günü Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb, onun yanında olduğunu və döyüşməyə hər an hazır olduğunu bildirib.