Nobel mükafatçısı: Bu romanımı oxuyun... Mədəniyyət

Nobel mükafatçısı: Bu romanımı oxuyun...

Ədəbiyyat üzrə 2024-cü il Nobel Mükafatı laureatı, Cənubi Koreya yazıçısı Han Qanqın “Vegeterian” romanı Beynəlxalq Buker Mükafatına layiq görülüb.

Xalqcebhesi.az xəbər verir ki, yazıçı yüksək mükafata görə minnətdarlığını bildirib.

"Mən bu mükafatı almaqdan şərəf duyuram və sizin dəstəyinizi həqiqətən yüksək qiymətləndirirəm", - bunu Han Qanq Nobel Komitəsinin nümayəndəsi ilə söhbətində bildirib.

Yazıçı oxucularına onun yaradıcılığı ilə tanış olmaq üçün 2021-ci ildə nəşr olunan "Əlvida Demirəm" adlı son romanı ilə başlamağı tövsiyə edib.

Qeyd edək ki, 2024-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatı cənubi koreyalı yazıçı Han Qanqa verilib. Yazıçı bu mükafata güclü poetik nəsrinə görə layiq görülüb.