“İranə Qasımova ilə poeziya klassikası” layihəsi çərçivəsində yeni tədbir keçirilib Mədəniyyət

“İranə Qasımova ilə poeziya klassikası” layihəsi çərçivəsində yeni tədbir keçirilib

“Əli və Nino” kitab mağazasında “İranə Qasımova ilə poeziya klassikası” layihəsi çərçivəsində yeni tədbir keçirilib. Növbəti poeziya axşamı şair Robert Rojdestvenskiyə həsr olunub.

AZƏRTAC xəbər verir ki, şairlər, qiraətçilər və poeziya həvəskarları Qasım Xəlilov, Natella Kərimova, Səidə Sübhi, Nathalie, Dmitri Babintsev, İlmira Odinayeva, İnqa Baxoldina, Arzu Muradova, Eldar Cahangirbəyov, Emil Tağıyev iştirakçılar qarşısında Robert Rojdestvenskinin şeirlərini oxuyublar.

Şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, rejissor və ssenarist İranə Qasımovanın layihəsinə 2019-cu ildə start verilib. Layihə çərçivəsində A.S.Puşkin, M.S.Lermontov, V.V.Mayakovski, M.İ.Tsvetayeva, S.A. Yesenin, Səməd Vurğun, Nizami Gəncəvi, E.A.Yevtuşenko, A.A.Blok, A.A.Axmatova, B.L.Pasternak, Mikayıl Müşfiq, N.S.Qumilyov, K.D.Balmont, Mirzə Şəfi Vazeh, İ.Severyanin, O.E.Mandelştama həsr olunmuş tədbirlər təşkil edilib.

Layihənin məqsədi daha çox oxucunu klassik ədəbiyyatın mütaliəsinə cəlb etməkdir.

İranə Qasımova “Açıq poeziya mikrofonu”, “Poetry Battle”, Azərbaycan şairləri” və digər populyar layihələrin müəllifidir.