Milli Kitabxanada Füzuli Şəhəri Günü ilə bağlı virtual sərgi açılıb Mədəniyyət

Milli Kitabxanada Füzuli Şəhəri Günü ilə bağlı virtual sərgi açılıb

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “17 oktyabr - Füzuli Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi açılıb.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Füzuli şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında fotolar, kitabxananın fondunda Azərbaycan, rus, ingilis dillərində Vətən müharibəsini və böyük Zəfəri əks etdirən kitablar, məqalələr və s. materiallar nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Fuzuli/index.htm linkindən tanış ola bilərsiniz.

Ənənəvi sərgidə Füzuli şəhərinin tarixi, toponimləri, qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.