Yeşilçamın ustad sənətçisi vəfat edib Mədəniyyət

Yeşilçamın ustad sənətçisi vəfat edib

Türkiyənin kino, teatr aktyoru və ssenaristi Suphi Tekniker dünyasını dəyişib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “milliyet.com.tr” saytı məlumat paylaşıb.

Məlumatda bildirilir ki, Yeşilçamın və teatr dünyasının ustad sənətçisi 84 yaşında dünyasını dəyişib. O, bugünədək Kamal Sunalla "En Büyük Şaban", "Tokatçı", "Hanzo", İlyas Salman və Şener Şen ilə "Dolap Beygiri", Adile Naşit və Münir Özkul ilə "Aile Şerefi", Hülya Avşar ilə "Sekreter" İbrahim Tatlısəs ilə "Allah Allah" kimi bir çox layihəyə ssenarist kimi imza atıb.

1957-ci ildə həvəskar kimi çıxdığı teatr səhnəsi onu Yeşilçamın ən məşhur aktyor və ssenaristlərindən birinə çevirib. İlk aktyorluq təcrübəsini 1960-cı ildə yaşayan S.Tekniker 1957-ci ildə bu günə qədər izlənən “Hanzo” filmini qələmə alıb və ssenaristlik karyerasına başlayıb.

Geridə saysız-hesabsız unudulmaz əsərlər qoyan sənətçi 52 serial və filmdə kamera qarşısına keçib. O, eyni zamanda, türk kinosuna illərə meydan oxuyan filmlər də qazandırıb. 2006-cı ildə "Min bir gecə" serialında rol alıb.