Azərbaycanın Mərakeşdəki səfirliyində məşhur fotoqrafın sərgisi təşkil olunub Mədəniyyət

Azərbaycanın Mərakeşdəki səfirliyində məşhur fotoqrafın sərgisi təşkil olunub

Azərbaycanın Mərakeşdəki səfirliyində məşhur mərakeşli fotoqraf Məhəmməd Tazinin əsərlərindən ibarət sərgi təşkil olunub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov “X” sosial şəbəkəsində məlumat verib.

COP29 Bakı İqlim Konfransına hazırlıq işlərinə həsr olunan sərgi Azərbaycan Mədəniyyət Nazirliyi və Mərakeş Krallığı Milli Kitabxanasının dəstəyi ilə təşkil edilib.