“Ərtоğrul Cavid - 105” və “Professor Alxan Bayramoğlu - 70” adlı kitab sərgiləri açılıb Mədəniyyət

“Ərtоğrul Cavid - 105” və “Professor Alxan Bayramoğlu - 70” adlı kitab sərgiləri açılıb

Milli Kitabxanada “Ərtоğrul Cavid - 105” və “Professor Alxan Bayramoğlu - 70” adlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Ərtoğrul Cavidin musiqi notlarını, həyatını və bədii yaradıcılığını əks etdirən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar və dövri mətbuatda çap olunan məqalələr, ədəbiyyatşünas-alim Alxan Bayramoğlunun isə müəllifi olduğu əsərləri, tərcümələri, redaktor, ön söz və rəyçi olduğu, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş etdirilir.

Sərgi bir həftə davam edəcək.