Uşaq ədəbiyyatının ən çox tərcümə edilmiş nadir nüsxəsi 1,25 milyon dollara satışa çıxarılacaq Mədəniyyət

Uşaq ədəbiyyatının ən çox tərcümə edilmiş nadir nüsxəsi 1,25 milyon dollara satışa çıxarılacaq

Uşaq ədəbiyyatının ən çox tərcümə edilmiş kitablarından biri olan “Balaca Şahzadə”nin (The Little Prince) nadir mətbəə nüsxəsi 1,25 milyon dollara satışa çıxarılacaq.

AZƏRTAC xəbər verir ki, nasist işğalı altında olan Fransadan qaçdığı vaxtda Antuan de Sent-Ekzüperi tərəfindən 1940-cı illərdə Nyu-Yorkda hazırlanan bu mətbəə nüsxəsi mövcud olan üç nüsxədən biridir.

Kitabın nüsxəsində müəllifin əl yazıları və eskizləri də var. Nüsxə noyabr ayında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Əbu-Dabi İncəsənət Festivalında satışa çıxarılacaq.