

18 Aprel 19:52
Milli Kitabxanada “20 Noyabr - Ağdam Şəhəri Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Ağdam şəhəri, eləcə də rayonda aparılan bərpa-quruculuq işləri haqqında, Vətən müharibəsi və böyük Zəfəri əks etdirən kitablar, məqalələr və s. materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Agdam_sheher_Gunu/index.htm linkindən istifadə edə bilərlər.