
Azərbaycan və Çin arasında 13 sənəd imzalandı
17 Aprel 19:29
17 Aprel 19:29
17 Aprel 17:14
17 Aprel 10:17
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında COP29-a həsr olunmuş növbəti konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə dirijor, Əməkdar artist İlahə Hüseynovanın rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə (bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev) solistlər Əməkdar artistlər Çinarə Mütəllibova (qanun), Ramil Qasımov (tenor), Almaz Orucova, Eldəniz Məmmədov, “Muğam” televiziya müsabiqəsi laureatları Zabitə Alıyeva (xanəndə), Vəfa Vəzirova (xanəndə), beynəlxalq müsabiqələr laureatları Taleh Yahyayev (bariton), Fəxri Kazım-Nicat (tenor), Prezident təqaüdçüsü Aidə Rəfiyeva (kamança), Natavan Həsənova (qanun), Sevinc Səfərova (kamança), Ulduz Məmmədova (kamança), Nərgiz Mütəllibova (fleyta), Fariz Hüseynov (kamança) və Rəvanə Qurbanova (xanəndə) dinləyicilər qarşısında çıxış ediblər.
Gecədə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.