
Ən çox silah alan ölkələr: Azərbaycan neçəncidir? - Siyahı
15 Aprel 23:33
15 Aprel 23:33
15 Aprel 21:14
15 Aprel 16:55
21 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Ustadımın yolu ilə. Operetta inciləri" adlı konsert proqramı təqdim ediləcək.
Teatrın mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən xəbərə görə, konsertdə Əməkdar artist Ramil Qasımovun ifasında ötən illərin operettalarından ariya və mahnılar ifa olunacaq.
R.Qasımovu Akademik Musiqili Teatrın baş dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin dirijorluğu ilə teatrın simfonik orkestri müşayiət edəcək.
Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.
Kollektiv sifarişlər də qəbul olunur.