Xalq artistinin 55 min tələbi ilə bağlı məhkəmənin qərarı Mədəniyyət

Xalq artistinin 55 min tələbi ilə bağlı məhkəmənin qərarı

"Natiq" ritm qrupunun rəhbəri, xalq artisti Natiq Şirinovun mülki iddiası Sumqayıt Şəhər Məhkəməsində araşdırılaraq qərar çıxarılıb.

Xalqcebhesi.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Aynur Behbudovanın sədrliyi ilə keçirilən prosesdə yekun qərar qəbul edilərək, xalq artistinin iddiası təmin edilməyib.

Qeyd edək ki, musiqiçi Ramal Cahangirovun müəlliflik hüququ xalq artisti Natiq Şirinova məxsus olan "Qavaldaş nağara" tətbiqi sənət əsərini müxtəlif tədbirlərdə ifa etməsi tərəflər arasında məhkəmə mübahisəsi yaradıb.

Natiq Şirinov Əqli Mülkiyyət Agentliyində rəsmi qeydiyyatdan keçirdiyi layihəsinin R.Cahangirov tərəfindən istifadəsinin qarşısının alınmasını tələb edərək, musiqiçiyə qarşı 55 min manatlıq təzminat iddiasını qaldırıb.