“Divanü lüğat-it-türk”ün 950 illiyi UNESCO çərçivəsində qeyd olunacaq Mədəniyyət
- 9 Dekabr 13:23
- 4 263
Parisdə dekabrın 13-də UNESCO-nun mənzil-qərargahında “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk”ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Mahmud Kaşğarinin Türk dünyasının ən qiymətli kitablarından biri olan məşhur “Divanü lüğat-it-türk”ün 950 illiyi UNESCO çərçivəsində qeyd olunacaq. Türk dillərinin ilk ensiklopedik lüğəti olan "Divanü lüğat-it-türk" UNESCO-nun 2024-2025-ci illərdə qeyd olunacaq yubileylər siyahısına daxil edilib.
İstanbul Millət Kitabxanasında qorunan və yeganə nüsxənin son səhifəsində qeyd edilən məlumatlara əsasən, Mahmud Kaşğari bu şah əsəri 1072-ci ildə yazmağa başlayıb və 1074-cü ildə tamamlayıb. Müxtəlif mənbələrdə qeyd edilir ki, Kaşğarlı bu əsərini dövrün türk hökmdarı Sultan Məhəmməd Alp Arslana təqdim etmək niyyətində idi. Lakin Alp Arslanın şəhid edilməsi səbəbilə əsər 1075-1095-ci illərdə Bağdadda hökmranlıq etmiş Abbasi xəlifəsi Məhəmməd əl-Muqtədi bi-əmrillaha təqdim olunub.
Bu əsər Mahmud Kaşğari tərəfindən ərəblərə türkçəni öyrətmək və türk dilinin ərəb dilindən daha zəngin olduğunu göstərmək məqsədilə yazılmış ilk türk dili lüğəti kimi qəbul edilir. Mahmud Kaşğari bu əsəri yazarkən XI əsrdəki türk bölgələrini bir-bir gəzmiş və əsərini bilavasitə özü tərəfindən toplanmış dil materiallarına əsasən hazırlamışdır. Bununla yanaşı, bu əsər yalnız bir lüğət deyil, türk dilinin XI əsrdəki xüsusiyyətlərini əks etdirən, fonetik və morfoloji bilgilərə işıq salan bir qrammatika kitabıdır. Əsər, həmçinin türk boylarının, şəxslərin və yer adlarının mənbəyi olmaqla yanaşı, türk tarixi, coğrafiyası, mifologiyası, folkloru və xalq ədəbiyyatı haqqında zəngin məlumatları ehtiva edir. Bundan başqa, o dövrün tibb və müalicə üsulları haqqında məlumat verən ensiklopedik bir əsər kimi də diqqət çəkir.
Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələrək əsərin tarixi, dilçilik və mədəni əhəmiyyətini müzakirə edəcəklər.
- 25 Dekabr 13:12
- 1 484
- 25 Dekabr 11:43
- 1 855
- 24 Dekabr 21:53
- 1 407
-
Çido qasırğasının qurbanlarının sayı artıb
-
Həkim: FHN-in psixoloq qrupu Aktauda zərərçəkmişlərə yardım edib, lazımi tibbi xidmətlər göstərilir
-
Xəstəxananın şöbə müdiri: Qəzada üzündən ciddi travma almış xanımın Azərbaycan vətəndaşı olduğunu müəyyənləşdirə bildik
-
Şahbaz Şərif: Cəsur Azərbaycan xalqının dözümlülüyü və birliyi bu çətin dövrü dəf etməyə kömək edəcək
-
Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə zəng edib
-
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib, başsağlığı verib
-
Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb
-
“Rovatineks” dərman vasitəsinin bir seriyası geri çağırılıb
-
Azərbaycan və Qazaxıstan Baş nazirləri qəzada həlak olanların nəşlərinin gətirilməsini müzakirə edib
-
Dövlət Departamenti: ABŞ təyyarə qəzası ilə bağlı Azərbaycan və Qazaxıstana kömək etməyə hazırdır
-
TBMM heyəti Suriyaya gedir
-
Mixeil Kavelaşvilinin andiçmə mərasiminə xarici ölkələrin nümayəndələri dəvət edilməyiblər
-
Rusiya Dəməşqdən diplomatlarını geri çağırmayıb
-
Həmrəyliyimiz gücümüzdür! İlin uğurları - Millət vəkilinin şərhi
-
Kreml ekspertizanın nəticəsi elan olunmayana qədər təyyarə qəzasının səbəblərini şərh etməyəcək
-
Rusiya XİN: Tramp komandasından dialoqu bərpa etməkdə maraqlı olduqları barədə siqnallar eşidirik
-
Senat sədri: Rusiya, Qazaxıstan və Azərbaycan təyyarə qəzası ilə bağlı məlumatları gizlətmək niyyətində deyil
-
Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - SABAHIN HAVASI
-
THY bəzi uçuşları ləğv edib
-
“Turan Tovuz” klubu cərimələnib
-
Baş konsul: Son məlumata görə, təyyarə qəzasında 26 Azərbaycan vətəndaşı həlak olub, 16 vətəndaşımız sağ qalıb
-
Ərdəbildə divarlara Qaşqay türklərini dəstəkləyən plakatlar yapışdırılıb
-
Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı
-
Urmu voleybol komandasının azarkeşləri Azərbaycan xalqına başsağlığı verib
-
AZAL-ın prezidenti: Təyyarədə texniki nasazlıq olmayıb
-
Azərbaycanın Türkiyədəki Səfirliyində başsağlığı kitabı açılıb
-
Samir Rzayev: Qara qutunun oxunması qanunvericiliyə uyğun aparılacaq
-
AZAL-ın prezidenti: Təyyarə qəzasının səbəbləri müəyyənləşdiriləcək
-
AZAL: Təyyarə qəzasında ölənlərin cənazəsi iki gün ərzində ölkəyə gətiriləcək
-
Bölgələrdə təyyarə qəzasında həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub - FOTO
-
Təyyarə qəzasında həlak olanların xatirəsi Xankəndidə yad olunub - FOTO
-
Ukraynalı politoloq Trampın Rusiyaya təzyiq göstərmək qabiliyyətinə şübhə edib
-
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub
-
Azərbaycanın Aktaudakı konsulluğunda təyyarə qəzası qurbanlarının xatirəsi yad edilib - FOTO
-
Rusiyanın Ukraynada itkiləri artır
-
Paşinyan Aİİ sammitində iştirak etməyi planlaşdırır
-
Özbəkistan XİN rəhbəri Ceyhun Bayramova zəng edib
-
Matəm günü ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar endirilib
-
Netanyahu husiləri hədələyib
-
Zelenski Trampın andiçmə mərasiminə dəvət almayıb
-
Hava limanında təyyarə qəzasında həlak olanların xatirəsi anılır - FOTO
-
Azərbaycanın Moskvadakı səfirliyinin binasında bayraq yarıya qədər endirilib - FOTO
-
Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub
-
Xəzər dənizində zəlzələ olub
-
Qəzada həlak olan Hökümə Əliyevanın anası: “Həmişə deyirdi ki, mənimlə fəxr edin”
-
Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək
-
Manavqatda sel fəlakəti
-
Matəm günü ilə bağlı Fransanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib
-
Qazaxıstanın Bakıdakı səfirliyində bayraq yarıya qədər endirilib
-
Azərbaycanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarında xatirə kitabı açılıb
-
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar təyyarə qəzası ilə əlaqədar bəyanat yayıblar
-
Təyyarə qəzasında həlak olanlardan 7-nin şəxsiyyəti müəyyənləşib - RƏSMİ
-
Aktauda qəzaya uğrayan təyyarənin sağ qalan sərnişinlərindən 12 nəfər bu gün ölkəyə gətirilir
-
Saatlıda 4 otaqlı ev yanıb
-
Qəzaya uğrayan təyyarənin sərnişinlərindən 6-sı reanimasiyadadır - RƏSMİ
-
Qusarlı bacı-qardaş da təyyarə qəzasında həlak olublar
-
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır
-
Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları ölkələrinə təxliyə edilib - FOTO
-
Təyyarə qəzası ilə bağlı "Azərbaycan Evi"ndə xatirə guşəsi yaradılıb
-
Qazaxıstanın Bakıdakı səfirliyində xatirə kitabı açılacaq