Bakıda “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılacaq Mədəniyyət
- 14:08
- 469
Dekabrın 24-də Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılacaq.
Mədəniyyət Nazirliyindən bildirilib ki, sərgidə ABŞ vətəndaşı Əmir Oskoueinin kolleksiyasından XVII-XVIII əsrlərə aid 14 unikal xalça və bədii tikmə, bununla yanaşı, XVI əsrdə “Şahnamə” əsərinə çəkilmiş miniatür nümayiş olunacaq. Sənət əsərləri sırasında dünyada məşhur “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalıları xüsusi yer alacaq.
Səfəvilər hakimiyyəti zamanı Azərbaycanda orijinal bədii quruluşa malik bu cür nəfis xalıların istehsalı genişlənir, xalçaçılıq sənəti öz çiçəklənmə dövrünü yaşayırdı. Həmin vaxt Şirvan, Qarabağ, Bakı, Quba kimi toxuculuq mərkəzlərində hazırlanan xalçaların ölçüləri böyüyürdü. Xalq sənətkarlarının yaratdığı nümunələrdə Təbriz xalılarını bəzəyən islimi, xətai, bulud, əjdaha, simurq, həyat ağacı kimi təsvir və elementlər qismən dəyişdirilərək əks olunurdu.
XVI əsrdə Səfəvi saray emalatxanalarında xalılarla yanaşı, dövrün dəyərli dekorativ-tətbiqi sənət nümunələrindən hesab edilən bədii tikmələr də hazırlanırdı. XVII-XVIII əsrlərdə Azərbaycanın ayrı-ayrı yaşayış yerlərindəki istehsal məntəqələrində həmin tikmələrdən bəhrələnərək yeniləri yaradılırdı. Bunlardan əsasən örtük, süfrə və ya divar bəzəyi kimi istifadə olunurdu.
Azərbaycanda istehsal edilən unikal xalçalar keyfiyyətinə və bədii xüsusiyyətlərinə görə dünyada daim yüksək dəyərləndirilib. Qərbin yüksək zövqlü əsilzadələri əsrlər boyu xalqımızın yaratdığı əsrarəngiz xalçaları toplayır, onlarla sarayları, malikanələri, dini abidələri bəzəyirdilər. Dünyanın bir çox məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunan Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrinə, o cümlədən XVII-XVIII əsrlərə aid xalçalara bu gün də böyük maraq göstərilir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Amir Textiles&Rugs” MMC, ABŞ-Azərbaycan Ticarət Palatası və “Silk Way West Airlines” aviaşirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi bunun bariz örnəyidir.
Qeyd edək ki, sərgi 2025-ci il mayın 10-dək davam edəcək.
-
Mərkəzi Bank üç kredit ittifaqının lisenziyasını ləğv edib
-
Aİ Belarusa qarşı sanksiya siyahısını genişləndirib
-
Əsgərliklə bağlı qanunvericiliyə edilən dəyişikliklər bunlardır: Komitə sədri detalları açıqladı
-
Azərbaycanda bu il 13545 yanğın olub
-
Azad edilmiş ərazilərdə daha 97 mina, 612 PHS aşkarlanıb
-
Terrorçulara aid mağarada çoxlu silah ələ keçirilib
-
Rəsmi Moskva Paşinyanın MDB dövlət başçılarının görüşündə iştirakına ümid edir
-
Müdafiə Nazirliyinin sabiq idarə rəisinin cəzası ağırlaşdırlıb
-
Putin: Rusiya ordusuna hər gün minlərlə pilotsuz uçuş aparatı verilir
-
Rusiyada yeni qoşun növü yaradılacaq
-
DYP qış mövsümü ilə bağlı sürücülərə xəbərdarlıq edib
-
Putin: “Oreşnik”in seriyalı istehsalına yaxın vaxtlarda başlanacaq
-
Azərbaycan Prezidenti: Yeni tikiləcək kilsə Müqəddəs Taxt-Tacla əlaqələrimizin yaxşı rəmzi olacaq
-
Prezident: Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazırdır
-
Nazir: Gələn ildən diaqnostik qiymətləndirmədə fənn bilikləri ilə yanaşı metodik bacarıqlara da diqqət yetirəcəyik
-
Ermənistanla Fransa arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
-
"Ledi Maqbet" tamaşasının premyerası olub
-
Rusiya-Ukrayna gərginliyi artır
-
Azərbaycanda elektromobillərin icbari sığortasının onlayn rəsmiləşdirilməsinə başlanılıb
-
ADA Universiteti və “PAŞA Bank” yeni sosial layihəyə başlayır
-
Bakıda “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılacaq
-
10 min manat dəyərində lotereya biletinin oğurlanmasında şübhəli bilinən şəxslər saxlanılıblar
-
İstedadlı rəssam Nərmin Nəcəfin yeni sərgisi açılıb
-
Kürd millət vəkili Qərbi Azərbaycanla bağlı yenə də iddia etdi
-
Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini qəbul edib
-
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəməsində ittiham aktı elan olunub
-
Ceyhun Bayramovun Müqəddəs Taxt-Tacın katibi ilə görüşü başlayıb
-
Yaşar Gülər Niger müdafiə naziri ilə görüşüb
-
Aİ diplomatiyasının rəhbəri Ukraynaya sülhməramlıların göndərilməsinin müzakirəsini tez hesab edir
-
Sabah arabir yağış yağacaq, külək əsəcək
-
Qəzzada öldürülən jurnalistlərin sayı artır
-
Vətəndaşların ilkin hərbi qeydiyyata alınması qaydası dəyişir
-
Hərbi xidmətdən azad edilənlər öz arzuları ilə hərbi xidmətə çağırıla bilərlər
-
Hərbi xidmətdən boyun qaçıranların ölkədən getmək hüququ məhdudlaşdırılacaq
-
Müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilir
-
Bakalavriatda və magistraturada təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsində yaş məhdudiyyəti olacaq
-
Orta ixtisas təhsili müəssisələrində təhsil alanlara hərbi xidmətlə çağırışa möhlət veriləcək yaş həddi dəyişir
-
Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək
-
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq
-
İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibini qəbul edib
-
DTX: Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma aşkarlanıb
-
“Azərbaycanda 473 məktəbin əsaslı təmirə ehtiyacı var”
-
Baş nazir: Şimal–Cənub və Şərq–Qərb dəhlizlərində fəal iştirak Azərbaycanın əhəmiyyətini artırır
-
Bir sıra mikrosahibkarların gəlirlərinin 75%-i vergidən azad edilir
-
Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi artırılır
-
Teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə mənfəətin 90%-i vergidən azad edilir
-
Əcnəbilərə göstərilən tibbi xidmətlərə görə tax-free rejimində ƏDV geri qaytarılacaq
-
“Strateji valyuta ehtiyatlarımız 72 milyard dolları ötüb”-Baş nazir
-
Büdcə siyasətində əsas hədəflər açıqlanıb
-
Əli Əsədov: Şəhid ailələrinə, qazilərə diqqət və qayğı davam edəcək
-
Jurnalistlərin gəlirlərinin 75%-i gəlir vergisindən azad ediləcək
-
Prezident İlham Əliyev Bəhreyn Kralını təbrik edib
-
"Gənclərin məşğulluğu və peşə seçimi" adlı layihə başa çatıb
-
Mərakeşdə “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans keçiriləcək
-
Qətərin Dəməşqdəki səfirliyi fəaliyyətə başlayacaq
-
“Bu kampaniyanı aparanlar onlar tərəfindən ifşa olunur”-Qüdrət Həsənquliyev
-
“Dövlət və icmal büdcələrinin kəsirlərində hər hansı dəyişiklik baş verməyəcək”-nazir
-
Dələduzluqla bağlı həbs edilən bağça direktorunun məhkəməsi başlayıb
-
Gürcüstan Litva və Estoniyaya cavab sanksiyaları tətbiq etməyəcək
-
Milli Məclisin plenar iclası başlayıb