İsveçrə “Qarabağ konfransı” təklifini rədd etdi
17 Dekabr 23:31
17 Dekabr 23:31
97-ci “Oskar” kino mükafatının “Ən yaxşı beynəlxalq tammetrajlı film” kateqoriyası üzrə qısa siyahısı açıqlanıb.
APA Amerika Kino Sənətləri və Elmləri Akademiyasına istinadən xəbər verir ki, qısa siyahıda 15 film yer alıb.
Bildirilib ki, filmlər müvafiq olaraq Braziliya, Kanada, Çexiya, Danimarka, Fransa, Almaniya, İslandiya, İrlandiya, İtaliya, Litva, Norveç, Fələstin, Seneqal, Tailand və Birləşmiş Krallıq istehsalıdır.
Kateqoriyada yer alan 15 filmdən yalnız 5-nin namizədliyi yanvarın 17-də açıqlanaraq səsvermə üçün irəli sürüləcək, qalib isə martın 2-də mükafatlandırma mərasimi zamanı elan ediləcək.
Xatırladaq ki, iranlı rejissor Məhəmməd Rəsulofun Almaniya istehsalı olan “Müqəddəs əncir toxumu” filmi də laureatlığa namizədlər siyahısındadır.
Qeyd edək ki, Akademiyanın rəsmi saytında digər kateqoriyalar üzrə qısa siyahılar yerləşdirilib.