Təyyarə Qazaxıstandan kənarda zədələnib - Astana
28 Dekabr 18:41
28 Dekabr 18:41
28 Dekabr 17:58
28 Dekabr 14:03
Franko Zeffirellinin 1968-ci ildə çəkdiyi “Romeo və Cülyetta” filmindəki Cülyetta obrazı ilə məşhurlaşan İngiltərə-Argentina aktrisası Oliviya Hassi Eysli 74 yaşında vəfat edib.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, aktrisa xərçəng xəstəliyindən dünyasını dəyişib. Ona 2008-ci ildə süd vəzisi xərçəngi diaqnozu qoyulmuşdu, 10 ildən sonra isə o, təkrarlandı.
Oliviya Hassi 1951-ci ildə anadan olub. O, ilk dəfə 13 yaşında ekrana çıxıb və artıq 16 yaşında F. Zeffirellinin rejissoru olduğu “Romeo və Cülyetta” filmində Oskar mükafatına layiq görülmüş Cülyetta rolunu oynayıb.
1974-cü ildə Oliviya Hassi Bob Klarkın “Qara Milad” qorxu filmində baş rolda çəkilib. Bu film hazırda sleşer janrının əsası hesab olunur. Aktrisa “Jesus of Nazareth”, “It”, “Death on the Nile”, “Ayvenho” da daxil olmaqla onlarla filmdə rol alıb.