Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür Mədəniyyət
- 13:35
- 819
Bu gün Xalq şairi Zəlimxan Yaqubun vəfatından 9 il ötür.
AZƏRTAC xəbər verir ki, müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir.
Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətinə 1966-cı ildə “Qələbə bayrağı” rayon qəzetində “Şota Rustaveli” adlı ilk şeiri ilə başlayıb. Elə o vaxtdan fəal yaradıcılıqla məşğul olub. Ə.Haqverdiyev adına Ağdam Dram Teatrında “Aşıq Ələsgər” adlı mənzum pyesi tamaşaya qoyulub.
1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin Təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında Poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Müxtəlif dillərə tərcümə edilmiş 40-a qədər şeir kitabının müəllifidir.
Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətlərinə, geniş ictimai fəaliyyətinə görə 50 yaşında Azərbaycanın “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri ilə təltif olunub. 55 yaşında Azərbaycanın ən yüksək fəxri adına - “Xalq şairi” adına layiq görülüb. Anadan olmasının 60 illik yubileyi ərəfəsində isə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.
Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib və Bakıda Birinci Fəxri xiyabanda dəfn olunub.
Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir.
Sağlığında heykəlləşən, bənzərsiz şeirləri ilə Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən, əbədiyaşarlıq qazanan Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq.
-
Naxçıvan şəhərində suyun verilişi dayandırıldı - Foto
-
İsrail naməlum PUA-nı ələ keçirdi
-
Şahdağda Dünya Kubokunun açılışı mərasimi baş tutdu
-
Kursk səmasında Ukrayna raketi məhv edildi
-
Rusiyadan şok: Ermənistan Aİİ-ni tərk edir...
-
Kanada Kiyevə 440 milyon dollarlıq yardım göndərir
-
Salvadorda güclü zəlzələ oldu
-
Los-Ancelesdə meşə yanğını: Daha 180 min insan təxliyə edilir!
-
Moskvaya uçan təyyarədə bomba xəbərdarlığı...
-
Lemmi də açıqladı: Müharibə apreldə sona çatacaq!
-
Netanyahu ölkəmizə gəlsə, həbs edilməyəcək - Tusk
-
Ukraynanın dövlət borcu 7 trilyona çatdı
-
Azərbaycandan Bolqarıstana qaz tədarükü dayandırıldı
-
Borçalıda tapılan 3000 illik meqa-qala arxeoloqları çaşdırdı
-
Moskvaya uçan təyyarə məcburi eniş etdi
-
Rusiyadan Ermənistana xəbərdarlıq: AB-yə üzv olsanız...
-
Con Bass Türkiyəyə gəldi
-
Allahşükür Paşazadə Səudiyyədə səfərdədir
-
NATO Baş katibi Zelenski ilə görüşüb
-
Ərdoğan Ciorcia Meloni ilə Suriyanın yenidən qurulmasını müzakirə edib
-
Casusluqda ittiham olunan İsveçrə vətəndaşı İran həbsxanasında intihar edib
-
Qaşım Maqomedov feyr-pley mükafatının sahibi olub
-
Kaliforniyada yanğın: Baydenin də evi kül oldu
-
İsraildən Livanın yeni prezidenti ilə bağlı açıqlama
-
Şüvəlanda narkopriton aşkarlandı: saxlanılanlar var - Foto
-
Türkiyə-İran sərhədində zəlzələ oldu
-
Bu ərazilərdə qaz olmayacaq
-
Trampın Ukrayna ilə bağlı planı yoxdur - Polşa
-
Final oyunu bu stadionda keçiriləcək
-
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxundu
-
1051-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
-
Mingəçevirdə güclü partlayış...
-
Pantomima Teatrında “GİL” tamaşasının premyerası olacaq
-
Milli parklarda “açıq qapı” günü keçiriləcək
-
Antonio Koşta İlham Əliyevə zəng etdi
-
Paşinyan Əhmədianla nələri müzakirə edib?
-
Azərbaycan vətəndaşları 72 ölkəyə vizasız gedə bilər
-
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin sədrinə başsağlığı ünvanlayıb
-
Rusiyanın müvəqqəti işlər vəkili Moldova XİN-ə çağırılıb
-
Abşeronda 1 aydır itkin düşən qadın axtarılır
-
Lənkəranda fəaliyyət göstərən mağazada istehlaka yararsız məhsullar aşkarlanıb
-
Müharibəni bitirmək üçün mümkün olan hər şeyi edirəm
-
AQTA sədri heyvandarlıq məhsullarının istehsalı, emalı, həmçinin heyvan və quş kəsimi sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
-
İranlı mayor Pakistanla sərhəddə öldürüldü
-
Raqif Abbasovun məhkəməsi keçirildi
-
Rusiya və ABŞ İrəvana bu təklifləri göndərdi
-
Ayxan Hacızadə Paşinyana cavab verdi
-
MB-dən yeni qərar: Kredit faizlərinə necə təsir edəcək?
-
Juninyonun gedişi... - Qurbanovdan açıqlama
-
Livanın yeni prezidenti o seçildi
-
1 ayda nə qədər suriyalı ölkələrinə qayıdıb?
-
İnsult keçirən İlyas İsmayılovun vəziyyəti açıqlanıb
-
KİV: Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək
-
Prezident İlham Əliyev Gürcüstan Baş nazirinə başsağlığı verib
-
Zelenski: Ukraynada qərb qoşunlarının mövcudluğu Rusiyanı sülhə məcbur edə bilər
-
Medvedev: Saqqalını qırxan Paşinyan Ermənistanın KTMT-nin üzvü olduğunu xatırlasa, təəccüblənmərəm
-
ABŞ Ukraynaya 500 milyon dollar hərbi yardım ayırır
-
Kreml: Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır
-
Tanınmış türkiyəli müğənni Edip Akbayram reanimasiyaya yerləşdirilib
-
Pakistanla sərhəddə iranlı hərbçi öldürülüb