“Yatmış gözəl və cırtdanlar” tamaşası növbəti dəfə səhnədə Mədəniyyət

“Yatmış gözəl və cırtdanlar” tamaşası növbəti dəfə səhnədə

Yanvarın 14-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ş.Peronun əsəri əsasında hazırlanan “Yatmış gözəl və cırtdanlar” tamaşası nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, balaca tamaşaçılar üçün hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysteri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Zülfiyyə Sadıxova, Fidan Babayeva, baş dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.

Xronometrajı bir saat müddətindən çox olan tamaşada zəngin dekorasiya göz oxşayacaq.