Azərbaycanlı pianoçu ABŞ-də böyük uğur qazanıb Mədəniyyət

Azərbaycanlı pianoçu ABŞ-də böyük uğur qazanıb

Azərbaycanlı pianoçu, Bard Kollecinin Longy Musiqi Məktəbinin (Longy School of Music of Bard College) tələbəsi Leyla Zeynalova ABŞ-də keçirilən 2025 Ann & Charles Eisemann Beynəlxalq Piano müsabiqəsində (2025 Ann & Charles Eisemann International Young Artists Competition for Piano) II yerə layiq görülüb.

Qeyd edək ki, həmyerlimiz olduqca rəqabətli müsabiqədə qalib olana qədər 3 mərhələdən keçib. L.Zeynalova müsabiqənin final mərhələsində D.Şostakoviçin 2 nömrəli konsertini (F major, Op. 102) ifa edib.