İnsult keçirən xalq artisti palataya köçürüldü Mədəniyyət

İnsult keçirən xalq artisti palataya köçürüldü

16:58

Xalq artisti Ənvər Həsənov səhhətində yaranan ciddi problemlərə görə bir neçə gündür xəstəxanaya yerləşdirilib. Az öncə qızı Aytənlə əlaqə saxladım, Ənvər müəllimin vəziyyəti dünən səhər saatlarında müalicə aldığı xəstəxanada qəfil pisləşmişdi, hazırda müalicəsi həkim nəzarəti altında tam ciddi formada davam edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə xalq artistinin dostu, aktyor Vasif Ayan deyib.

Qeyd edək ki, 74 yaşlı aktyor Ənvər Həsənov böyrək və ürəyindəki problemlərdən əziyyət çəkir.

***

İnsult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan palataya köçürülüb.

Bu haqda Teleqraf.com-a xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

O bildirib ki, Ə.Həsənov iki gün öncə insult keçirib.

"Üç gündür ki, xəstəxanadayıq. Bu gün atam xəstəxananın reanimasiya şöbəsindən palataya köçürülüb. Atamı müalicə üçün xəstəxanaya gətirmişdik, bir müddət idi ki, səhhəti yaxşı deyildi. Elə burada insult keçirdi. İndi həkimlərin nəzarətindədir və səhhəti normaldır",- deyə qızı açıqlayıb.

Qeyd edək ki, aktyor 26 nömrəli Mərdəkan Xəstəxanasında müalicə olunur.