Səkiləri zəbt edənlərə qarşı zəruri tədbirlər görüləcək
30 Yanvar 22:53
30 Yanvar 22:53
30 Yanvar 20:17
30 Yanvar 20:16
30 Yanvar 20:15
Fevralın 11-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti, xoreoqraf Rüfət Xəlilzadə ilə görüş keçiriləcək.
Mərkəzdən Xalqcebhesi.az-a bildirilib ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında baş tutacaq görüşdə xoreoqrafiya və milli rəqs ifaçılığı sənətinin tarixi və inkişafı, müasir zamanda milli ənənələrin, dəyərlərin yaşadılması, yeni tendensiyalara yanaşma və tədris üslubu mövzularında söhbət aparılacaq. Müxtəlif rəqs kollektivlərinin ifasında kompozisiyalar təqdim olunacaq.