Fatma Mahmudovanın son durumu açıqlandı Mədəniyyət

Fatma Mahmudovanın son durumu açıqlandı

İnsult keçirən xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Report-a aktrisanın qızı Nigar Tofiq məlumat verib.

Onun sözlərinə görə, anası artıq palata şəraitində müalicə alır:

"Yəqin ki, yaxın zamanlarda evə buraxılacaq".

Qeyd edək ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.