“Avroviziya”ya rəqib müsabiqə: Azərbaycan da qatılacaq Mədəniyyət

“Avroviziya”ya rəqib müsabiqə: Azərbaycan da qatılacaq

Rusiya Prezidenti Vladimir Putin “İntervision” musiqi müsabiqəsinin 2025-ci ildə keçirilməsi haqqında fərman imzalayıb.

Xalqcebhesi.az xəbər verir ki, tədbir Moskva şəhəri və Moskva vilayətində baş tutacaq.

Fərmana əsasən, Baş nazirin müavini Dmitri Çernışenko Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko isə Müşahidə Şurasının sədri təyin edilib.

“Avroviziya”a analoq olaraq yaradılan “İntervision” musiqi müsabiqəsində Azərbaycan da daxil olmaqla 16 ölkə iştirakını təsdiqləyib. Həmçinin Çin, Braziliya, MDB ölkələri, Latın Amerikası və Asiyadan da iştirakçılar müsabiqəyə qatılacaq.