Bülbüloğlunun 80 illik yubileyi qeyd olundu - Foto Mədəniyyət

Bülbüloğlunun 80 illik yubileyi qeyd olundu - Foto

Heydər Əliyev Sarayında Xalq artisti Polad Bülbüloğlunun 80 illiyinə həsr olunmuş yubiley gecəsi təşkil olunub.

Xalqcebhesi.az xəbər verir ki, yubilyar əvvəlcə tədbiri "Şən Azərbaycan" mahnısı ilə açıb.

Sonra çıxış edərək, ona və sənətinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına təşəkkür edib.

"80 il, 80 ildi. Necə olacaq gələcəyi heç kim bilmir. Amma çox xoşbəxtəm ki, buradayam. Çox hörmətli Prezidentimiz İlham Əliyevin məni 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyinə görə minnətdarlığımı bildirirəm".

Tədbirdə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Polad Bülbüloğlunu təbrik edib və ünvanına xoş sözlər səsləndirib.

Daha sonra Polad Bülbüloğlu "Əziz diyarım" mahnısını nəvələri ilə ifa edib.

Xalq artistinin qızı Leyla atasını təbrik edib: "Atam bizə həyatda güclü olmağı, arzularımızın arxasınca getməyi tövsiyə edib. Övladları olaraq 30 il də ona ömür arzu edirik ki, Şuşada yaşasın".

Qeyd edək ki, tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimai-siyasi şəxslər iştirak ediblər.