![170 azərbaycanlı işgəncələrlə öldürüldü](https://xalqcebhesi.az/media/2025/02/14/225x136/xocali-irfan_(1).jpg)
170 azərbaycanlı işgəncələrlə öldürüldü
14 Fevral 22:52
14 Fevral 22:52
14 Fevral 22:51
14 Fevral 13:45
Respublika Gənclər Kitabxanasında 14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar “Sözü oxucuya qovuşduran sənət bayramı” adlı virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə mütaliənin şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində olan əvəzsiz rolundan bəhs edilib.
Materialda kitabxanada təşkil edilən kitab təqdimatları, ekskursiyalar, aksiya və görüşlərdən fotogörüntülər, yeniyetmə və gənclər arasında kitaba marağın artırılması məqsədilə həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə “Ulu Öndər Heydər Əliyevin kitab və kitab nəşri haqqında müdrik fikirləri”, “Ümumi kitab tarixi”, “Azərbaycanda kitab mədəniyyəti”, “Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi”, “Kitab işinin tarixi”, “Kitabşünaslıq: nəşriyyat işinin əsasları və təşkili”, “Türk xalqlarının kitab və kitabxana mədəniyyəti” kimi 20-yə yaxın kitabın biblioqrafik təsviri və qısa annotasiyası ilə yanaşı, dövri mətbuat nümunələri də sərgilənib.
Material kitabxananın rəsmi saytında (https://ryl.az/multimedia/sozu-oxucuya-qovusduran-senet-bayrami) yerləşdirilib.