Sərdar Ortaça 10 ay həbs cəzası verilib Mədəniyyət

Sərdar Ortaça 10 ay həbs cəzası verilib

Türkiyənin tanınmış müğənnisi Sərdar Ortaça 10 ay həbs cəzası verilib.

APA NTV-yə istinadən xəbər verir ki, məşhur ifaçı qanunsuz mərc oyunları oynama və təşviq etmə iddiaları ilə əlaqədar mühakimə olunurdu.

Müğənni etdiyi cinayətdən peşman olduğunu bildirdiyi üçün 1 illik həbs cəzası azaldılıb. Bununla belə ifaçı cəzasını həbsxanada çəkməyəcək.

Qeyd edək ki, S.Ortaç eyni zamanda 400 TL cərimələnib.