Nazir: Qarabağda tarixi abidələrin inventarlaşdırılması başa çatıb Mədəniyyət

Nazir: Qarabağda tarixi abidələrin inventarlaşdırılması başa çatıb

Qarabağda tarixi abidələrin inventarlaşdırılması artıq başa çatıb, bərpasına başlanılıb.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli bildirib.
Nazir deyib ki, hazırda Ağdamda Pənahəli xanın imarət-kompleksinin bərpası həyata keçirilir.