
İrandan Pezeşkianın Bakı səfəri barədə yeni açıqlama
26 Aprel 18:40
26 Aprel 18:40
26 Aprel 16:43
26 Aprel 16:14
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Muzeyin elmi-kütləvi işlər şöbəsinin müdiri Ümidə Hacıyeva Qarabağ hadisələri və Xocalı soyqırımı, işğal olunmuş torpaqlarımızın dünəni və bu günü mövzusunda geniş məruzə ilə çıxış edib.
Sonra Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Nabat” bədii filmi nümayiş olunub. Azərbaycan qadınının şücaətindən bəhs edən tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəlliflərindən biri Əməkdar incəsənət xadimi Elçin Musaoğludur. Filmdə təkbaşına mübarizə aparmaq, fədakarlıq, torpağa sadiqlik və dözümlü olmaq kimi mövzulara toxunulur.