Amerikanın tanınmış aktyoru həyat yoldaşı ilə evində ölü tapılıb Mədəniyyət

Amerikanın tanınmış aktyoru həyat yoldaşı ilə evində ölü tapılıb

"Oskar" mükafatı laureatı, 95 yaşlı amerikalı aktyor Cin Hekman və həyat yoldaşı Betsi Arakava evində ölü tapılıb.

APA xəbər verir ki, bu barədə “Sky News“ məlumat yayıb.

Onların meyiti ABŞ-nin Nyu-Meksiko ştatının Santa Fe şəhərindəki evlərində aşkarlanıb.

Qeyd edilib ki, aktyorun və həyat yoldaşının ölüm səbəbi hələlik dəqiq müəyyən edilməyib.

Hekman Uilyam Fridkinin 1971-ci ildə çəkdiyi "The French Connection" adlı filmindəki roluna görə "Ən yaxşı baş rol", Klint İsvudun 1992-ci ildə çəkdiyi "Western Unforgiven" filmindəki roluna görə isə "Ən yaxşı köməkçi aktyor" nominasiyalarında "Oskar" mükafatını qazanıb.