“Televiziya və Radio günü uşaqların gözü ilə” adlı tədbir keçirilib Mədəniyyət

“Televiziya və Radio günü uşaqların gözü ilə” adlı tədbir keçirilib

Xəzər Universitetinin Dünya Məktəbində Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə “Televiziya və Radio günü uşaqların gözü ilə” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Səid Rüstəmovun “Radio marşı” ilə başlayan tədbirdə məktəbin birinci sinif şagirdləri müxtəlif mahnı, rəqs nömrələri ilə çıxış ediblər. Bundan əlavə televiziyanın müxtəlif şöbələrində çalışan texniki və yaradıcı heyətin iş bölgüsünü ifadə edən çarx nümayiş olunub.

Bədii hissədən sonra Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli uşaqlara televiziya sənətinin incəliklərindən söz açıb, televiziyanın ölkənin və xalqın inkişafındakı mühüm əhəmiyyəti barədə danışıb.

Professor Sevinc Əliyeva isə çıxışında uşaqların inkişaf dövründə televiziya və radionun əhəmiyyətini vurğulayıb, bu cür tədbirlərin vacibliyini qeyd edib.

Tədbirdə məktəbin rəhbərliyi, şagird-müəllim heyəti, ictimaiyyətin nümayəndələri iştirak ediblər.