
KİV: ABŞ Ukraynaya hərbi yardımı bərpa etməyəcək
9 Mart 17:41
9 Mart 17:41
Ağdamda XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Qasım bəy Zakirin ev muzeyi inşa ediləcək.
Xalqcebhesi.az Report-a istinadla xəbər verir ki, bu barədə “Qasım bəy Zakir və Qarabağ ədəbi - ictimai mühiti” mövzusunda elmi konfransda bildirilib.
Konfransda, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, filologiya elmləri doktoru, professor, Qasım bəy Zakir irsinin tədqiqatçısı Raquf Kərimov, xalq şairi Sabir Rüstəmxanlı iştirak ediblər.
Ağdam Muğam Mərkəzində davam edən konfransda Qasım bəy Zakirin ədəbi irsinin xalqımızın mədəniyyət xəzinəsinə daxil olmasından, onun yaradıcılığında ana dilimizin imkanlarının dolğun əks etdirilməsindən söz açıblar.