“Nənələr” qrupu 55 yaşını qeyd edir Mədəniyyət

“Nənələr” qrupu 55 yaşını qeyd edir

Lənkəranın məşhur "Nənələr" folklor qrupu 55 yaşını qeyd edir. Qrup Lənkəranda musiqiçilər ailəsində böyüyən dörd bacının təşəbbüsü ilə yaradılıb. Buna görə də qrupun ilk adı "Bacılar" olub. "Bacılar" qrupu ilk dövrlərdə toylara dəvət edilib, daha sonra böyüyərək ölkə səviyyəsində tanınıb. Qrupun məqsədi folklor nümunələrini, milli adət-ənənələri gələcək nəsillərə ötürməkdir.