Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Gəncədə silsilə tədbirlər təşkil edəcək Mədəniyyət

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Gəncədə silsilə tədbirlər təşkil edəcək

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə aprelin 8-dən 12-dək Gəncə şəhərində “Mədəniyyət rüzgarı” adı altında ustad dərsləri, elmi seminar, maarifləndirici infotur, təlimlər və s. tədbirlərin təşkilini planlaşdırır.

Bu barədə AZƏRTAC-a MEMİM-dən məlumat verilib

Bildirilib ki, Mərkəzin uğurlu layihələrinin bu dəfə Gəncə şəhərində “Mədəniyyət rüzgarı” tədbirlər silsiləsi çərçivəsində keçirilməsi Gəncə və ətraf rayonların uşaq musiqi və incəsənət məktəblərinin şagird-müəllim kontingenti üçün fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri, “Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktik seminar, “Sənətkarın dostu”, “Nəsildən-nəslə teatr”, “Mədəni irsini qoru” layihələrinin həmçinin kitabxana və muzey işçiləri üçün təlimlərin təşkili şəhərin mədəni mühitinə öz müsbət təsirini göstərəcəkdir.