Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun Mədəniyyət

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

“Cahangir Zeynalovun ölkəyə qayıtması məsələsini qaldırmaq istəyirəm”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.

Deputat bildirib ki, Cahangir Zeynalov Adanada teatr yaradıb, orada insanlara elm öyrədir: “Sənət məbədimizdə bu gün dava-dalaş gedir. Sənət cameəmiz görün nə vəziyyətdədir? Ona görə də Cahangir Zeynalovla maraqlanmaq, onu dəvət etmək lazımdır. İstedad 100 ildə 1 dəfə yetişir. Mən çox arzulayardım ki, gəlib, sənətimizdə boşluğu doldursun. Əlaqədar təşkilatlar Cahangir Zeynalovla danışıb, onu vətənə dəvət etsin”.