“Titanik”dəki skripka satışa çıxarılır Mədəniyyət

“Titanik”dəki skripka satışa çıxarılır

Məşhur “Titanik” filmində istifadə edilən skripka hərracda 75 min dollara satılacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Luxury Launches” məlumat yayıb.

Məlumata görə, söhbət musiqiçilərdən birinin batan gəminin göyərtəsində ifa etdiyi alətdən gedir.

Bildirilib ki, həmin skripka mərdliyin və duyğuların rəmzi olub.

Skripka bu ayın sonunda “Henry Aldridge & Son” hərrac evində satışa çıxarılacaq.

Qeyd edək ki, sözügedən hərrac evi əsl “Titanik”dəki skripkanı hərraca çıxarmışdı.