

Aprelin 13-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında fransız yazıçısı Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” pyesi əsasında hazırlanmış “Tanrıya 14 məktub” tamaşası nümayiş olunub.
Əsərin qəhrəmanı 10 yaşlı Oskardır. Oskar qan xərçəngindən əziyyət çəkir. Tamaşa ölümlə üz-üzə dayanan Oskarın ağır xəstəliklə mübarizəsindən və ömrünün son 10 günündən bəhs edir. Kədərli finalı olan əsər insanlarda Allaha inam duyğusunun hər zaman olmasını, ən çətin anlarda belə şükür etməyi bacarmağı təbliğ edir.
İkihissəli səhnə əsərində Anar Səfiyev, Mirsənan Kazımlı, Qəmər Məmmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Təhminə Məmmədova, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Araz Pirimov, eləcə də Xaliq Bəkirov, Eyvaz İbrahimov, Araz Primov, Müşviq Əliyev, Tahir İsmayılov, Yusif Dadaşov, Nuranə Hüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Elgün Yəhyayev, Anar Səfiyev, Ramil Məmmədov, Aydın Dəmirov, Tahir İsmayılov, Yusif Dadaşov, Nuranə Hüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva rol alıb.
Qeyd edək ki, pyesin tərcüməçisi və tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Əməkdar artist Nailə Məmmədzadədir. Tryukların quruluşu İsa Əsədova, musiqi tərtibatı isə Şamxal Novruzluya məxsusdur.